Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

53 yaşlı kişi ehtiyatsızlıq nəticəsində barmaqlarını itirdi

Balakəndə 53 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində barmaqlarını itirib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, avqustun 29-da gecə saatlarında rayonun Qazma kənd sakini, 1964-cü il təvəllüdlü Qurban Sulxay oğlu Sulxayev odlu silahdan açılan atəş nəticəsində yaralanma xəsarəti ilə Balakən Mərkəzi Rayon xəstəxanasına (MRX) daxil olub.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, Qurban Sulxayev yaşadığı kəndin inzibati ərazisində, qarğıdalı sahəsində ov tüfəngi ilə ehtiyatsız davrandığından tüfəngdən açılan atəş onun sağ əlinə dəyib. Nəticədə Qurban Sulxayevin əli dağılıb, birinci və ikinci barmaqları qopub. Qurban Sulxayevin əlində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...