6 günlük Mələyin ölüm səbəbi açıqlandı - RƏSMİ
Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayeva Mələk Şaiq qızının meyitinin ekspertiza nəticələri bəlli olub.
Mynews.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, 6 günlük Mələk daxili qanaxmadan ölüb.
Belə ki, döş boşluğuna nüfuz edən iynə vasitəsilə qaraciyər və ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma körpənin ölümünə səbəb olub. Ekspertiza nəticələri müstəntiqə təhvil veriləcək.
Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa, gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.
Körpənin nənəsi tərəfindən öldürüldüyü deyilsə də, araşdırma zamanı şübhəlilərdən birinin də körpənin əmisi F.Nurullayevin həyat yoldaşı olduğu bildirilirdi. Baş vermiş hadisə ilə bağlı araşdırma davam edir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 990 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 954 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 944 dəfə oxunub