Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtobus sürücüsü qaydaları belə pozur - VİDEO

Avtobus sürücüsü həm siqaret çəkir, həm də eyni anda telefonla danışır.

Halbuki bu iki davranışın hər ikisi ictimai nəqliyyatda qadağandır.

Avtobus sürücüsünün bu hərəkəti avtobusda oturan sərnişinlərdən biri tərəfindən mobil telefonla lentə alınıb və Xəzər xəbər-ə göndərilib.

Göndərilən məlumatda qeyd olunub ki, hadisə 208 saylı marşrut avtobusunda baş verib.

Yəqin ki, həmin avtobusu işlədən sahibkar bu görüntülərdən sonra lazımi tədbirlər görəcək.

Çünki həmin sürücü bir tərəfdən telefonla danışaraq diqqətini yayındırır və sərnişinlərin həyatını təhlükəyə atır, ikincisi isə siqaret çəkərək avtobusda olan sərnişinlərin rahatlığına mane olur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...