Azərbaycanlılar Rusiyada toyda atışdılar
Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhəri yaxınlığında yerləşən Energetik qəsəbəsində azərbaycanlılar dava salaraq atəş açıblar.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə qəsəbədəki mədəniyyət evinin qarşısında baş verib. Gecə vaxtı sakinlər küçədə atəşfəşanlıq olduğunu zənn ediblər, lakin sonrada məlum olub ki, odlu silahdan atəş açılır.
“İki “Porsche Cayenne” markalı avtomobildə olan adamlar nəyisə bölüşdürə bilməyiblər və artıq onlardan biri çıxıb getməyə hazırlaşarkən, digəri atəş açıb. Polisə zəng etdik, dedilər ki, adamlarını göndərirlər. Hadisənin baş verdiyini bilə-bilə onlar niyə özləri bura gəlmir? Mədəniyyət idarəsindən bildirdilər ki, hadisə mədəniyyət evinin ərazisində baş verməyib. Dedilər ki, axı biz tolerantıq!”, – “Qlobus” portalı hadisə şahidinin dediklərini yazıb.
Sosial şəbəkədə yerli sakin Şahin Rüstəmov qeyd edib ki, toyda azərbaycanlılar olub və onlar hadisə yerindən kənara çəkilərək, “məsələni həll etməyə” razılaşıblar. Polis bu barədə daha sonra rəsmi məlumat yayacağını bildirib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub