Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

39 yaşlı əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Dmitri Koqan vəfat edib.

Mynews.az-ın məlumatına görə, bu haqda TASS informasiya agentliyi xəbər yayıb. 39 yaşlı skripka ifaçısı onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Dmitri Koqan 1978-ci ilin oktyabrın 27-də Moskvada məşhur musiqiçi ailəsində anadan olub. Onun babası Leonid Koqan skripkaçı, nənəsi Yelizaveta Qileles skripkaçı və pedaqoq, atası Pavel Koqan dirijor, anası Sevgi Kazinskaya pianoçu idi. O, ilk dəfə on yaşında Moskva Konservatoriyasının Böyük zalında simfonik orkestrdə çıxış edib.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...