Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkidə televiziya əməkdaşı qəzaya düşdü - FOTO

"ARB Şəki" televiziyasının Xəbərlər xidmətinin müxbiri İlqar Səmədov qəzaya düşüb. 

Mynews.az xəbər verir ki, bu barədə Report-un Şimal-qərb bürosuna jurnalistin dostu və həmkarı Pərviz İmranoğlu məlumat verib. 

Onun sözlərinə görə, hadisə avqustun 29-da, axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb: "Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 27 yaşlı İlqar Səmədov 5 ildir "ARB Şəki" televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...