Bakıda 59 yaşlı kişi ilə 25 yaşlı qız yoxa çıxıb
Bakının Nərimanov rayonunda iki nəfər itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərində anadan olan 1958-ci il təvəllüdlü Mirvahid Musəvi bu ilin mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daimi eynəkdə olub, saçları ağdır.
Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub.
Mirvahid Musəvini görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bundan başqa, Kürdəmir rayonunda anadan olan 25 yaşlı Solmaz Asim qızı Qaçayeva cari il mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub.
Solmaz Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 968 dəfə oxunub
- Emin Ağalarov söz verdi 968 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 966 dəfə oxunub