Şəmkirdə qadın boşandığı üçün intihara cəhd etməyib - TƏFƏRRÜAT

Şəmkir rayonunda qatarın qadını vurması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Report-un məlumatına görə, 1993-cü il təvəllüdlü Pərvanə İsmayılovanın həyat yoldaşından boşandığı üçün özünü qatarın altına atdığı bildirilib. Ancaq 24 yaşlı qadın ərindən 2 il əvvəl boşanıb. Onun bu evlilikdən bir qızı və bir oğlu var. Bu gün isə P.İsmayılova ata evində qardaşının ad günü mərasimi keçirilərkən süfrəyə qoyulması üçün bəzi meyvə şirələri alınmalı olub. Anası bunun üçün onu mağazaya göndərib. Onun dəmir yolu reysinin üzərindən keçmək istəyərkən ehtiyatsız davrandığı və hərəkətdə olan yük qatarı tərəfindən vurulduğu ehtimal edilir. Bu baxımdan P.İsmayılovanın iki il əvvəl boşandığı həyat yoldaşına görə özünü qatarın altına atması həqiqətə uyğun deyil.
Şəmkir rayon prokurorluğundan “Report”un yerli bürosuna verilən məlumata görə, faktla bağlı yaxınların və hadisə şahidlərinin ifadələri alınır və istintaq aparılır.
Qeyd edək ki, P.İsmayılova ağır bədən xəsarətləri alıb və hazırda Gəncə şəhərindəki xəstəxanalardə birində müalicə olunur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Tanınmış teleaparıcı “Space”dən niyə ayrılıb? - - AÇIQLAMA 950 dəfə oxunub
- Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz! 931 dəfə oxunub
- Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı 922 dəfə oxunub
- Balakəndə qardaşlar qəzaya düşdü - - ölən var 918 dəfə oxunub
- Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək 915 dəfə oxunub