Bakıda cinayətkar dəstə zərərsizləşdirilib - FOTOLAR
Polis əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mynews.az-a verilən məlumata görə, Bakı şəhər sakini Vüqar Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək avqustun 20-dən 27-nədək evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxsləri daxil olduğunu və seyfdə saxladığı külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Nərimanov RPİ əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Abşeron rayon sakinləri - Fəxri Nərimanlı, Nurlan Məmmədov və qohumu Qara Məmmədov tərəfindən törədildiyi müəyyən edilmiş və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edək ki, mənzilə dəstə üzvləri F.Nərimanlı və N.Məmmədov daxil olub. Hadisədən sonra qeyd edilən şəxslər dəstənin digər üzvü Q.Məmmədovla görüşüblər.
Q.Məmmədov oğurlanan qızılları öz şəxsiyyət vəsiqəsi ilə Nəsimi rayonu ərazisində yerləşən lombarda və ticarət mərkəzlərindən birində satıb.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1158 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1064 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 996 dəfə oxunub