Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toya gedən musiqiçilərin maşını dərəyə aşıb - Goranboyda

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Mynews.az bildirir ki, hadisə rayonun Ağcakənd kəndində baş verib.

Kəlbəcər rayon sakini, 1976-ci il təvəllüdlü Ceyhun Telman oğlu Verdiyevin idarə etdiyi dövlət qeydiyyat nişanı "99-GB-781" olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini, Goranboyun Qaraçınar kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Hümbət Çingiz oğlu Salahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onlar el şənliyində iştirak edən musiqiçilər olub və toya gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır. // Report

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...