Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qonşular hamilə qadını vəhşicəsinə döydülər

Mingəçevir şəhərində bağlar yaşayış massivində hamilə qadın döyülüb.

Mynews.az Report.az-a istinadən xəbər verir ki, əslən Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan 1992-ci il təvəllüdlü şəhər sakini Adamova Namilə Laçın qızı qonşuları ilə mübahisə və münaqişə zəminində döyülərək ağır xəsarət alıb.

Təcili şəhər xəstəxanasına çatdırılan Namilə Adamova öncə Acil şöbəsində ilkin tibbi yardım alıb, daha sonra isə Ginekologiya şöbəsinə yerləşdirilib. Burada yaralının bətnindəki körpənin vəziyyətini öyrənmək üçün qadın müayinə edilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...