Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 7-ci mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb

Paytaxtın Nərimanov rayonunda körpə 7-ci mərtəbədən yerə yıxılıb.

Mynews.az Report-a istinadən xəbərinə görə, hadisə Ə.Əliyev küçəsi, ev 52 mənzil 153 ünvanında baş verib.

Bu ünvanda yaşayan 2014-cü il təvəllüdlü Əliyev Kənan Nəsiyət oğlu valideyn nəzarəti olmadan mənzilin pəncərəsindən yerə yıxılıb. Xoşbəxtlikdən körpə öncə peyk antenasının üzərinə düşüb. Daha sonra ikinci mərtəbədə yerləşən antenanın üzərindən ağacın budağının üstünə düşüb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...