Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəstəxanada dəhşət: 80 yaşlı pasiyent özünü yandırdı

Qazax rayonunda 80 yaşlı kişi özünü yandırıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib.

Belə ki, 20 gün əvvəl xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. O, daha sonra aldığı xəsarətlərdən ölüb. Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özünü yandırdığını bildiriblər.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...