Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda başı, əlləri, ayaqları kəsilmiş meyit tapıldı - YENİLƏNİB

Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Mynews.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

(05-09-2017) 15:27

Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb. 

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb. Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. 

Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...