Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda iş adamının evinə basqın edildi

Onlar qulluqçunun əl-qolunu bağlayıb.

Bakıda maskalı şəxslər evə basqın edib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində iş adamı İradə Əliyevanın evində qeydə alınıb.

Hadisə zamanı mənzildə ev sahibinin qulluqçusu olub. Evə daxil olan şəxslər qulluqçunun əl-qolunu bağlayaraq mənzildən 75 min manat, 11 min ABŞ dolları, 900 avro, 900 funt-sterlinq, 200 min manatlıq qızıl və “Vinçester” markalı ov tüfəngini aparıblar.

Polisin araşdırmaları nəticəsində cinayətin Gürcüstan vətəndaşlarından ibarət 5 nəfərlik dəstə üzvləri tərəfindən törədildiyi məlum olub. Həmin şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, iş adamı kimi tanınan İ.Əliyeva bir neçə avtobus marşrut xəttinin sahibidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...