Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toyda kütləvi dava: - Yaralananlar var

Neftçalada toyda kütləvi dava olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb.

Belə ki, toyda baş verən kütləvi dava zamanı Günəşli kənd sakini, 36 yaşlıElnur Əzizağa oğlu Səlimov bıçaqlanıb, digər həmyerlisi, 47 yaşlı Elxan İmanqulu oğlu Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elnur Səlimov Neftçala, Elxan Abdullayev isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...