Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gədəbəydə avtomobil 7 yaşlı uşağı vurdu

Gədəbəydə avtomobil 7 yaşlı uşağı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, sentyabrın 5-də, saat 16:00 radələrində Gədəbəy rayonunun Arıqdam kəndində rayon sakini Cavid İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi 7 yaşlı İlham Hüseynlini vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...