Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yük maşını və mercedes markalı maşınla toqquşdu - VİDEO

Mynews.az məluamt verir ki, bu gün Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda avtomobil qəzası baş verib. “Mətanət-A” şirkətinə məxsus 90-JS-731 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə 10-OA-084 dövlət nömrəli “Mercedes S klass” markalı avtomobili toqquşub. Minik maşınının gəlin maşını olduğu bildirilir.

Hadisə nəticəsində yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb və qaz xəttinə ziyan dəyib. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və Sabunçu qəsəbəsininin böyük bir hissəsinə mavi yanacaqın verilməsi dayandırılıb.

Görüntüdən də göründüyü kimi “Mətanət-A” şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili işıqforun yaşıl işığında keçdiyi görsənir. Qarşı tərəfdən gələn 10 OA 084  "Mersedes S klass" markalı avtomobil gözləmədən yük maşının yoluna daxil olur.

Mynews.az hadisənin görüntüsünü təqdim edir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...