Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Facebook" ABŞ-dakı prezident seçkilərində Rusiyadan reklam alıb

Ötən il ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində “Facebook”un  Rusiyaya aid hesablardan reklam aldığı ortaya çıxıb.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, 3 min reklam üçün 100 min dollar xərclənib.

Reklamların  2200-ü siyasi motivli - ABŞ-da irqçilik, immiqrasiya və silah nəzarəti ilə bağlı sosial gərginliyə, parmalanmaya yol açan paylaşımlar olub. Bu reklamlara 50 min dollar vəsait sərf edilib.

Xatırladaq ki, ABŞ milli təhlükəsizlik orqanları Rusiyanın bu ölkədə keçirilən seçkilərə müdaxilə etdiyi iddiasını ortaya atmışdılar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...