Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı-Sumqayıt yolunda faciə

Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Mynews.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.
Təxminən 55-60 yaşında olan kişi yolu keçmək istəyərkən onu "99-KA-231" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb. Polis əməkdaşları ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.
Hadisəni törədən sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...