Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! Bakı İŞIQSIZ QALDI - Əhali TƏŞVİŞDƏ

Bu gün Bakı şəhəri Nəsimi rayon Əliyar Əliyev küçsəi 64 ünvanında yerləşən AZİNKO binalarında işıqlar kəsilib.

BiG.AZ xəbər verir ki, səhər saatlarından etibarən sözügedən ərazidə elektrik enerjisinin fəaliyyəti dayandırılıb. Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, buna səbəb mənzillərdə baş verən kabel birləşməsidir. 

"Elektrik enerjisi verilərkən mənzillərin birində naqillərin birləşməsi qısa qapanmaya səbəb olub. Hazırda həmin mənzil araşdırılır. Və birləşmə yaranan mənzil aşkarlanaraq problem aradan qaldırılacaq".

T.Mustafayev bildirib ki, elektrik enerjisinin bərpası təxminən 13:30-14:00 radələrində bərpa olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...