Azərbaycanlı qızı qətlə yetirən seksual manyak cəzasız qaldı
ABŞ-ın Massaçustes ştatında 24 yaşlı Azərbaycan vətəndaşı, bu ölkəyə mühacirət etmiş Evelin Vəlibəyovanı xüsusi amansızlıqla qətlə yetirən və cəsədini oğurlayan seksual manyak cəzasız qalıb.
Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, Vəlibəyovanın qətlində əsas şübhəli hesab olunan, 9 yaşlı qızı zorlayaraq qətlə yetirdiyinə görə 19 il həbsdə qalan Con Kastonqau Nyu Cersi şttatınındakı Fort-Diks həbsxanasından heç bir rəsmi ittiham irəli sürülmədən azadlığa çıxır. Bu, Amerika mediasında geniş rezonans doğurub.
Evelin Vəlibəyova 2011-ci ildə Boston yaxınlığındakı Kuinsi şəhərində yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib və cəsədi yoxa çıxıb. Polis cinayətkarın izinə bir neçə il ərzində düşə bilməyib. Yalnız ötən il məlum olub ki, hadisədən əvvəl 53 yaşlı Kastenqau Vəlibəyovanın mənzilində təmir işləri aparıb.
Həmin vaxt seksual manyak vaxtından əvvəl şərti azadlığa çıxma qaydalarını pozduğu və vaxtında polisdə qeydiyyatdan keçmədiyi üçün iki il müddətinə təkra həbs edilmişdi. İstintaq Kastenqaunu Vəlibəyovanın qətli işi üzrə dindirib. Manyak bir neçə ay ərzində azərbaycanlı qızın mənzilində təmir işləri apardığını boynuna almayıb. Daha sonra şahid ifadələri və digər dəlillər onun mənzildə təmir işləri apardığını sübuta yetirib. Buna baxmayaraq prokurorlar Kastenqauya Vəlibəyovanın qətli üzrə heç bir ittiham irəli sürməyiblər və o, azadlığa çıxmaq imkanı qazanıb.Prokurorlar bildirirlər ki, qızın cəsədi tapılmadığından qətl üzrə ittiham irəli sürmək hüquqi baxımdan çətindir.
Con Kastenqau 1986-cı ildə törətdiyi dəhşətli cinayətə görə 50 ildən çox azadlıqdan məhrum edilsə də 2006-cı ildə həbsdən şərti azadlığa buraxılıb. Məhkəmə sənədlərinə əsasən evlənib və iki uşağı var, Kuinsidə yaşayırdı.
Kuinsi prokurorluğunun rəsmisi Devid Traub bildirib ki, Vəlibəyovanın qətli üzrə araşdırma hələ davam edir və suallar açıq qalır. Lakin ötən il Vəlibəyovanın dostları polisi günahlandıraraq bildirmişdilər ki, qızın yoxa çıxması barədə məlumatdan sonra polis yetərli araşdırma aparmayıb və Kastenqau hüquqi sistemdəki çatlardan yararlanaraq aradan çıxıb. Görünür seksual manyak qızın cəsədini oğurlayanda məhz qətl üzrə ittihamın irəli sürülməsindən özünü sığortalamaq istəyirdi.
Evelin Vəlibəyovanın Azərbaycanda yaşayan anası Nigar Vəlibəyova elektron poçtla göndərdiyi məktubda yazıb ki, qızının qatilinin cəzasız qalması onu şoka salıb. Nigar Vəlibəyova qatilin Kastenqau olduğuna əmin olduğunu bildirib və onun günahsız övladını xüsusi amansızlıqla qətlə yetirən qəddar canavara Allahdan cəza diləyib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 962 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub