Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda inanılmaz sevgi cinayəti: - 2 NƏFƏR ÖLDÜ

Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.

Mynews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da, saat 23:00 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub, sonra hadisə yerinin yaxınlığında olan A. Əsədova və qızı Samirəyə bıçaqla xəsarət yetirərək, hadisə yerini tərk edib.

Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...