Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kürdəmirdə baş vermiş qəzanın anbaan - VİDEOSU

Kürdəmirdə yol qəzası baş verib.

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini, 50 yaşlı Cəlil Mehdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yolda dönmə əməliyyatını yerinə yetirərkən həmin istiqamətdə hərəkət edən 21 yaşlı Orxan Ələkbərlinin idarə etdiyi eyni markalı avtomobillə toqquşub.

Cəlil Mehdiyev - Sürücü: “Körpünün altından çıxdım, nəqliyyat vasitələrinə yol verəndən sonra gəldim, burada avtomobillər gəlirdi. Yol verdim, avtomobillər qurtaran kimi rolu döndərəndə, bir də gördüm, sürətlə gəldi, vurdu”.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...