Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu: 8 yaralı - VİDEO - FOTOLAR

Paytaxtda yol qəzası baş verib.

Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində 159 nömrəli marşut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu Biləcəri istiqamətində hərəkətdə olan zaman ağır tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Avtobusda olan sərnişinlərdən 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara 1 saylı Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıblar.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...