Bakıda həkim “Range Rover”lə piyadanı vurdu
Ötən axşam Xəzər rayonu ərazisində, Mərdəkan avtomagistralında 1961-ci il təvəllüdlü Babayev Rəfi Hacıağa oğlu yolu keçərkən “Range Rover” markalı avtomaşın tərəfindən vurulub.
Mynews.az xəbər verir ki, SalamNews-a zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, o, sürücü tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin “Range Rover” markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib.
Qeyd edək ki, “Range Rover” markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 1001 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 980 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 969 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 968 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 966 dəfə oxunub