Təcili yardım həkimlərini döyənlər, təhqir edənlərlə bağlı məsələ Milli Məclisə çıxarılacaq
Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur.
Mynews.az xəbər verir ki, Bu təşəbbüslə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir.
Deputat hesab edir ki, bir çox hallarda təcili tibbi yardım həkimlərini, tibb bacılarını döyür, təhqir edir, onlara xəsarətlər yetirirlər:
"Əslində, təcili tibbi yardım işçilərinin statusu polis işçilərinin statusuna bərabərləşdirilməlidir. Polis işçisinə əl qaldırmaq, onu təhqir etmək, vəzifəsinin icrasına ziyan verəcək, əngəl törədəcək hərəkət etmək ağır cəza ilə cəzalandırılır, tibb işçilərinə qarşı da belə hərəkətlərə görə ağır cəza verilməlidir. Ağır xəstə olanda təcili yardım çağırırlar. Müəyyən hallarda təcili yardım ünvana yetişdikdə xəstə artıq dünyasını dəyişir. Bəzən təcili yardım özündən asılı olmayan səbəbdən ünvana gecikir. Bunların hamısının həllinin hüquqi, sivil yolu var".
M.Quliyev hesab edir ki, tibb işçilərinin, xüsusilə təcili yardım işçilərinin evə çağırış zamanı təhqir olunması, peşələrinə əngəl törədilməsi, döyülməsi hallarının ciddi şəkildə cəzalandırılması ilə bağlı İnzibati Xətalar və Cinayət Məsəllələrinə dəyişiklik edilməlidir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub