Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda qar uçqunu - bir neçə kəndlə əlaqə kəsildi

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

Mynews.az apa.az saytına istinadən bildirir ki, uçqun magistralın 37-ci kilometrliyində baş verib.

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 

“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...