Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN: Piyadanı öldürən avtobus sürücüsü keçmiş məhkumdur

Daxili İşlər Nazirliyi (DİN) 39 saylı avtobusun piyadanı vurub öldürməsi ilə bağlı rəsmi məlumat yayıb.

Mynews.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də, saat 7:00 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində “Daewoo” markalı avtobusla yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub. 

Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada ölüb.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...