Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanı hədələyən terrorçu kürdəmirli imiş - FOTOLAR

Bir neçə gün əvvəl sosial şəbəkələrdə radikal dini təriqətlərdən birinin üzvü olduğu ehtimal edilən terrorçunun Azərbaycanı hədələməsini əks etdirən video yayılmışdı. Lent.az xəbər verir ki, çox keçmədən həmin terrorçunun məhv edilməsi barədə mediada xəbərlər yayılıb və onun meyitinin fotoları ictimailəşdirilib.
Mynews.az
 lent.az-a istinadən xəbər verir ki, Azərbaycanı terror aktları ilə hədələyən həmin şəxs əslən Kürdəmir rayonundan olan, ağır cinayətlər törətdiyinə görə əvvəllər məhkum edilmiş, 24 dekabr 1978-ci il təvəllüdlü İslamov Ramil Akif oğludur. O, təxminən 18 il əvvəl Kürdəmirdə “Qızıl Natiq” adi ilə tanınan biznesmeni qətlə yetirən qrupun üzvü olub və cinayətdən bir neçə ay sonra tutulub. Məhbus həyatı zamanı radikal dini təriqətlərdən birinin təsiri altına düşən Ramil İslamov daha sonra Azərbaycandan çıxıb və terrorçuların nəzarətində olan ərazilərdə yaşayıb.

Digər məlumata görə, Ramil İslamov Kürdəmirdə doğulub böyüsə də, sonradan Bakı şəhərinin Sabunçu rayonuna qeydiyyata düşüb.

Azərbaycanı hədələyən terrorçu kürdəmirli imiş - FOTOLAR
Azərbaycanı hədələyən terrorçu kürdəmirli imiş - FOTOLAR

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...