Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərini öldürən qadının məhkəməsində əlbəyaxa DAVA DÜŞDÜ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərininin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə davam etdirilib.

Mynews.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə dava düşüb.

Mərhum Şəmsi Babayevin atası Qnyaz Babayev cinayət işinin ibtiadi istintaqa qaytarılması haqda vəsatət qaldırıb. O bildirib ki, gəlini G.Mirzəyeva qətli tək törətməyib: “Buna kömək edənlər olub. Qətldən 3 saat sonra saxlanılıb, hansısa yollarla ona yüngül ittiham veriblər. Əslində qəsdən adam öldürmə maddəsi üzrə ittiham edilməli idi. Mənim yeganə oğlumu öldürdülər, onun qanı yerdə qalır”.

Məhkəmə kollegiyası vəsatəti müzakirə etmək üçün müşavirəyə çıxıb. Proses sentyabrın 22-də davam etdiriləcək.

Bundan sonra hər iki tərəfin nümayəndələri arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Məhkəmə nəzarətçiləri və Penitensiar Xidmətin əməkdaşları tərəfləri sakitləşdiriblər.

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

G.Mirzəyeva adam öldürməkdə deyil, sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilir.

G.Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilib. Bu maddə ilə ittiham edilən şəxsin cinayəti törətdiyi sübuta yetirilərsə, onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...