Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Məni söydü, dedim canın sağ olsun” - Zarafatın sonu ölümlə bitdi

Paytaxtın Nərimanov rayonu ərazisində Bakı şəhər sakini, 33 yaşlı İslam Hüseynovun meyidi tapılıb.

Onun bıçaqla qətlə yetirildiyi məlum olub.

Hüquq mühafizə orqan əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu əraziyə cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsi işçilərinin isti izlərlə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, 22 yaşlı İbrahim Sadıqov tutulub.

İbrahim Sadıqovun istintaqa ifadəsindən məlum olub ki, qanlı olay zarafatın acınacaqlı nəticəsidir : "Mən onla zarafat elədim, bu da onun xətrinə dəydi. Əsəbləşdim. Dedi ki, görüşək söhbət edək. Bu da yolda məni yığırdı ki, gəlirsən ya gəlmirsən? Mən də dedim gəlirəm. Sonra dedim ki, Nərimanov tərəfdəyəm istəyirsən sən gəl bura. Dedi ki, yox sən gəl. Dedim yaxşı, gəlirəm. Yolda yenə yığıb söyüş söydü. Dinmədim. Bir kəlmə dedim ki, Allah canını sağ eləsin. Çatan kimi çəkib qırağa vurdum".

 

///"ARB TV

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...