Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda dəhşətli avtobus qəzası - 7 yaralı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Mynews.az report-a istinadən xəbər verir ki, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi - red.) çırpılıb.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.

Bir nəfərin - 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...