Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! - Azərbaycanda orta məktəbdə faciə...

Bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib.

Səməd Vurğun adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu məktəbin həyətində yıxılıb. Ağır xəsarət alan şagird Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib və 14 yaşlı şagird sinif yoldaşlarının yanında olarkən qəfil yıxılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.//Lent.az 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...