Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda məşhur kosmetika zavodu YANIR - SON DƏQİQƏ! - VİDEO

Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Mynews.az Baku.ws-ə istinadən xəbər verir ki, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Hadisə ilə bağlı nazirlikdən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.

Qeyd edək ki, 1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva ilə təsis edilmiş Gazelli Group MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Gazelli Group kompaniyasına: Gazelli Şüvəlan, "Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi, Buta və Aroma kosmetik brendləri daxildir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...