Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səhiyyə Nazirliyi: Dünən qəzalarda ölən 8 nəfərdən biri hamilə qadın olub

Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, dünən axşam saatlarında Salyanda 2 avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Ölənlərin hamısı qadın olub. Qadınlardan biri hamilə olub. Hadisə nəticəsində yaralanan 2 nəfər kişidən biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Biləsuvarda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...