Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda "VAZ" dirəyə çırpıldı, sürücü yaralandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:06-da başa çatıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...