Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məktəb direktoru məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A. Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Salahov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, A. Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, attestat düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...