Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yasamalda yataqxana yanır - YENİLƏNİB

Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsindəki mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

10:29

Yasamalda yataqxana yanır

Mynews.az bildirir ki, milli.az-a daxil olan məlumata görə, hazırda Yasamal rayonunda yerləşən yataqxana yanır. 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində qəfil baş verən yanğının hansı səbəbdən olduğu hələ bilinmir.

FHN-in əməkdaşları artıq hadisə baş verən ərazidədirlər.

Qeyd edək ki, bu, həmin yataqxanada baş verən ilk yanğın hadisəsi deyil. Bir neçə ay əvvəl də həmin yataqxanada yanğın baş vermişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...