Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb, pul apardılar

Bərdədə quldurluq etmiş şəxslər tutulub.

Mynews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 21-də Bərdə rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6:00 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək, onu döyüb, bıçaqla hədələyərək, 200 manat pulunu və 2 mobil telefonunu aparıblar.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək, götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...