Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəm qazı iki nəfərin həyatına son qoydu

Ötən gün Binəqədi rayonunda iki nəfər dəm qazının qurbanı olub.

Mynews.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 17-də Binəqədi rayonunda yaşayan Həbib Əliyev və Biləcəri qəsəbəsində yaşayan Nailə Zeynalova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...