Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağcabədidə ağır qəza: Ölən var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı - Hüsülü yolunda qeydə alınıb.

Qəza nəticəsində Hüsülü kənd sakini Quliyev Rasif Akif oğlu hadisə yerində həyatını itirib, Rəncbərlər kənd sakini Məhərrəmov Sakit Çingiz oğlu isə ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, S.Məhərrəmovun vəziyyəti ağırdır. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...