Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qayıdanda heç bir şey yox idi" - Evi yaran oğru 4 minlik qızıl apardı - VİDEO

Abşeron rayon Mehdiabad qəsəbəsində Elnur Abdiyevə məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verib.

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər evə daxil olaraq ordan 1100 manat pul, qızıl zinət və bir neçə ev əşyalarını oğurlayıblar.

Elnur Abdiyev - zərərçəkən: "Yoldaşımı həkimə aparmışdım. Yoldaşımı atasıgildə düşürüb, evə qayıtdım. Qayıtdım ki, ev dağılıb-tökülüb təmiz. Ətrafa göz gəzdirdim. Pulun, qızılın yerinə baxdım heç bir şey yox idi. Hələ tam dəqiq bilinmir. 4 minə yaxın ziyan dəyib".

Elnur Abdiyev DİN-in 102 zəng mərkəzinə məlumat verib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları evə baxış keçiriblər.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...