Hərbçini güllələyib su kanalına atdılar
Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar.
Report xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bəkir Şubay oğlu Bəkirov ov tüfəngi ilə vurulub və daha sonra yaralı vəziyyətdə su kanalına atılıb. Ancaq yaralı xeyli qan itirməsinə baxmayaraq, ölməyib və telefonla yaxınlarına xəbər verib. Nəticədə doğmaları onu taparaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
B.Bəkirovun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 943 dəfə oxunub
- Emin Ağalarov söz verdi 940 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 940 dəfə oxunub