Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda xanım jurnalistin oğlu bıçaqlandı

Ötən gün saat 17 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Bıçaq xəsarəti almış 1985-ci il təvəllüdlü Səfərov Tural Mirzəbala oğlu təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib. Yaralının vəziyyəti ağır-stabil hesab olunur.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Qeyd edək ki, Tural Səfərov Səbail rayonu Böyük Salyan şosesi ev 22, mənzil 119-da yaşayan “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini, jurnalist Samirə Səfərovanın oğludur. (Salamnews)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...