Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

Bakı-Qazax magistralında ağır qəza baş verib.

Mynews.az xəbər verir ki, hadisə yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2199” markalı avtomobilin yolun kənarında olan dəmir maneəyə çırpılması nəticəsində sərnişin 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə Alı qızı ağır, sürücü isə yüngül xəsarət alıb. Ş. Qasımova xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...