Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həkimlərin unutduğu xəstə komaya düşərək həyatını itirdi - VİDEO

ABŞ-da başından yaralanan şəxs, getdiyi xəstəxananın gözləmə zalında unudularaq ölüb. 

53 yaşlı xəstə, başından yaralandığı üçün özünü xəstəxana çatdırıb. Təcili yardım otağında yarasına baxılan adama, müayinə üçün gözləməsi deyilib.

Xəstə 9 saat həkimləri gözlədikdən sonra komaya düşüb. Başqa bir xəstə, yaralı şəxsin huşsuz olduğunu və burnundan qan gəldiyi üçün tibb işçilərinə təcili xəbər verib.

Həkimlər tərəfindən müayinə olunan adamın beyin qan sızması olduğu və komaya düşdüyü aydın olub.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 2 il komada qalan adamın ailəsi xəstənin tamamilə xəstəxana işçilərinin diqqətsizliyi nəticəsində həyatını itirdiyini söyləyiblər. 

Xəstəxana haqqında cinayət işi açılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...