Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Narkotik yetişdirən şəxs tutuldu - "Bu yol adamı quyunun dibinə aparır" - VİDEO

Ağdaş rayonunda narkotik bitkiləri yetişdirən və evində narkotik saxlayan şəxs saxlanılıb.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki,  rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 41 yaşlı Məhəmmədiyə Eminova məxsus evin həyətyani sahəsindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4.5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib. Bundan əlavə keçirilən əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilib.
Məhəmmədiyyə Eminov polis əməkdaşlarına ilkin ifadəsində narkotik kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən özü istifadə etdiyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...