Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bulvarda tapılan cadu hər kəsi şoka saldı - İynə batırılmış soğan, kartof, şəkil və rəngbərəng qıfıllar - VİDEO

Bir tərəfdə iynə batırılmış soğan və kartof, digər tərəfdə isə şəkillərlə bərabər bağlı rəngbərəng qıfıllar.

Oğlanın şəklinin üstündə şam yandırılıb, qızın şəklinin arxasında və əlavə bir kağızda isə həm ərəb, həm də kiril hərfləri ilə bəzi qeydlər yazılıb.

Mynews.az  Xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıt bulvarında tapılan belə bir cadu kimlərisə ayırmaq üçün deyil, iki gənci qovuşdurmaq üçün edilib. Yazıların çoxunda “Nərgiz Mikayılın məhəbbəti olsun” deyə cümlələr qeyd edilib.

Sumqayıt şəhər sakini Təmkin Kərimov bu cadunu dəniz kənarındakı restoranın yaxınlığında tapıb. Gənc oğlan cadunu tapan kimi əvvəlcə onu lentə alıb, sonra isə yandıraraq məhv edib.

Adətən kimləri isə ayırmağa, ailəsinə bədbəxtlik gətirməyə və digər bu kimi mənfi məqsədlərə hesablanan cadunun bu dəfə xoş niyyətə köklənməsinə də vətəndaşların münasibəti pisdir.

İlahiyyatçı Mirhəmid Məmmədovun sözlərinə görə, istər kimisə ayırmaq və ya ona xələl gətirmək üçün edilsin, istərsə də kimlərisə qovuşdurmaq üçün, hər iki halda cadu etmək ən böyük günah və şeytan əməli sayılır.

İlahiyyatçı onu da vurğulayır ki, cadu kimlərinsə pul tələsidir və insanlar belə fırıldaqçılara inanmamalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...