Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda ticarət mərkəzinin qarşısında dəhşətli qəza - ölənlər var

Bu gün Cəlilabad rayonunda dəhşətli yol qızası baş verib. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsində - Qarazəncir və Alar kəndlərinin arasındakı ticarət mərkəzinin qarşısında iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən ikisi hadisə yerindəcə keçinib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza avtomobillərdən biri köməkçi yoldan magistral yola çıxarkən baş verib. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...